Menu

Avropada ən çox axtarılan terrorçu tutuldu

08.04.2016, 21:34

Militant Islamist fighters take part in a military parade along the streets of northern Raqqa provinceFransanın paytaxtı Parisdəki terror hücumlarının şübhəlisi Məhəmməd Abrini saxlanılıb.

Musavat.com xəbər verir ki, bu bardə məlumat Belçikanın VRT telekanalında yayımlanıb.

Məlumata görə, saxlanılan Abrinin Brüsseldəki "Zevantem" hava limanında intihar bombaçıları ilə birlikdə təhlükəsizlik kameralarına düşən və hələ də axtarılan "şapkalı adam" olduğu da ehtimal edilir.

Avropanın ən çox axtarılan terrorçusu, 31 yaşlı Məhəmməd Abrini Parisdəki hücumlarda "canlı bomba" olan, lakin sonradan fikrindən daşınan Salah Abdeslam ilə birlikdə görüntülənib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol