Bu gün Krım Muxtar Respublikası Ali Radasının iclası keçiriləcək. Musavat.com-un Krıminform-a istinadən verdiyi məlumata görə, parlament Krımın Rusiya Federasiyasının tərkibinə daxil olması ilə bağlı müraciət qəbul edəcək. Bunu Krımın qeyri-legitim baş nazirinin müavini Rüstəm Temirgaliyev deyib.
Qeyd edək ki, dünən Krımda "referendum" keçirilib. Ekzit-polun nəticələrinə görə, psevdoreferendumda iştirak edənlərin 93 faizi Krımın Rusiyaya birləşməsinə səs verib.
"Referendum"un nəticələri dünya ölkələri və beynəlxalq təşkilatlar tərəfindən tanınmayıb.


Şərhlər