Rusiya KİV-nin yaydığı məlumata görə, Avrasiya İqtisadi İttifaqı (AAİİ) təşkilatının bəzi üzvləri bu qurumun aprelin 8-də Yerevanda keçirilməsi planlaşdırılan iclasına gəlməkdən imtina ediblər (TASS).
Baş verənlərə özgə don geydirməklə vəziyyətdən çıxmağa çalışan Ermənistan prezidenti bu dəfə də kələkbazlığa baş vurmalı olub: «Ermənistanın AAİİ-a yönəlik münasibəti dəyişməz qalır. O, ittifaqın iqtisadi maraqlardan qaynaqlanan inkişafı istiqamətində addımlar atmağa hazırdır» - deyə, AAİİ komissiyasının kollegiya sədri Tiqran Sərkisyanla bu gün keçirilən görüşdə Sarkisyan qeyd edib.
Serj Sarkisyan bəzi həmkarların «qeyri-konstruktiv mövqeyindən narahatlıq ifadə edib». Rusiyanın baş naziri Dmitri Medvedyevlə görüşü zamanı Sarkisyan sözügedən qurumun aprelin səkkizində Yerevanda keçirilməsi planlaşdırılan iclasının vaxtının dəyişdirilməsindən təəssüfləndiyini bildirib. Onun sözlərinə görə, «bəzi həmkarların AAİİ-nın əvvəlcədən planlaşdırılmış iclasında iştirak etmək üçün Yerevana gəlməkdən imtina etməsi» təəssüf doğurur.
Məlumat üçün bildirək ki, AAİİ hökumətlərarası iclası aprelin 8-də Yerevanda keçirilməli idi. Amma son anda iclasın vaxtı dəyişdirilib - üzv ölkələrdən bəzilərinın nümayəndələri Ermənistana gəlməkdən imtina edib. Xəbər verilir ki, iclas aprelin 13-də Moskvada keçiriləcək.
Bu məqamda «Exo Moskvı» radiosunun aparıcığı Yuliya Latıninanın məşhur «aforizm»i yada düşür: «Ermənistan it quyruğu kimi Rusiyanın arxasınca sürünür...».
AzPolitika.info

Şərhlər