Menu

Azərbaycanın Gürcüstanla sərhədində külli miqdarda qaçaqmal aşkarlanıb

09.04.2016, 17:26
Azərbaycanın Gürcüstanla sərhədində külli miqdarda qaçaqmal aşkarlanıb

Azərbaycanın Gürcüstanla sərhədində qanunsuz yolla keçirilməsinə cəhd edilən külli miqdarda araqlar və siqaretlər aşkar edilib.

Dövlət Gömrük Komitəsindən APA-ya verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sınıq Körpü” gömrük postunda keçirilmiş əməliyyat tədbirləri nəticəsində 3 fakt üzrə Gürcüstandan respublikamıza gələn Azərbaycan vətəndaşlarından 100 ədəd 1 litrlik, 147 ədəd 0,5 litrlik “Nemiroff” markalı araqlar, həmçinin 20 200 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Bütün faktlarla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol