Menu

Bu gün "İsmayıllı işi" üzrə hökm oxunacaq

17.03.2014, 11:13
Bu gün "İsmayıllı işi" üzrə hökm oxunacaq

Məlum olduğu kimi, bu gün Şəki rayon Məhkəməsində "İsmayıllı işi" üzrə təqsirləndirilən şəxslərin, o cümlədən Müsavat başqanının müavini Tofiq Yaqublunun və "ReAl" hərəkatının sədri İlqar Məmmədovun məhkəməsi keçirilir. Ötən dəfəki məhkəmədə müttəhimlər son söz söyləyiblər. Bu gün isə onlara hökm oxunmalıdır.

Musavat.com-un Şəkidən verdiyi xəbərə görə, artıq məhkəmə binası təqsirləndirilən şəxslərin qohum-əqrəbası, yaxınları ilə dolub. Məhkəmə inzibatçıları bir çox insanlara içəridə yer olmadığını deyərək onları salona buraxmayıblar. Məhkəmənin işini işıqlandırmaq istəyən jurnalistlər və beynəlxalq təşkilatların nümayəndələri salona buraxılmayıb.

Tofiq Yaqublunun və digərlərinin məhkəməsində iştirak etmək üçün Bakıdan Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, sabiq deputat İkram İsrafil, eləcə də bir qrup partiya funksioneri iştirak edirlər.

Qeyd edək ki, beynəlxalq ictimaiyyət Tofiq Yaqublu və İlqar Məmmədovu vicdan məhbusu sayır, onların siyasi motivlərlə təqib olunmasının yolverilməz olduğunu bildirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol