Menu

Brüsseldə polis İŞİD-ə qarşı xüsusi əməliyyat keçirib

10.04.2016, 00:23
Brüsseldə polis İŞİD-ə qarşı xüsusi əməliyyat keçirib

Brüsseldə polis xüsusi əməliyyat keçirir. ANS PRESS-in məlumatına görə, şəhərdə təxminən 50 polis, snayperçilər və partlayıcı vasitələr var.

Şahidlərin sözlərinə görə, adamlar rayondan qismən evakuasiya olunublar. Əməliyyatın keçirildiyi əraziyə xilasetmə xidmətlərinin əməkdaşları da gəliblər. Rəsmi məlumatlara görə, hazırda təfərrüatlar barədə heç bir məlumat yoxdur.

Martın 22-də Belçikanın paytaxtı Brüsseldə silsilə partlayışlar olub. Nəticədə azı 34 nəfər həlak olub. Ölənlərdən 20-si metroda, 14-ü isə hava limanında baş verən partlayış zamanı həlak olub. Şəhər prokurorluğunun məlumatına görə, yaralıların sayı 230 nəfər olub.

Brüsseldəki terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. Terrorçular törədilən hücumların detallarını açıqlamayıblar. Eyni zamanda, onlar Avropanı yeni terror aktları törədəcəkləri ilə hədələyiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol