Menu

Bu gün də döyüş meydanında qalan meyitlər qaytarılıb - Yenilənib

10.04.2016, 19:45
Bu gün də döyüş meydanında qalan meyitlər qaytarılıb - Yenilənib

Aidiyyəti beynəlxalq təşkilatların vasitəçiliyi ilə əldə edilmiş qarşılıqlı razılaşmaya uyğun olaraq, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlar zamanı hər iki tərəfin nəzarətində qalmış hərbçilərin meyitləri 2016-cı il 10 aprel tarixində qoşunların təmas xəttində qaytarılıb.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında bildirilir.

Məlumata görə, proses Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in vasitəçiliyi ilə həyata keçirilib. Proses zamanı qarşı tərəf atəşkəs rejimini pozub.

Müvafiq prosedurlar başa çatdıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

"AzPolitika.info"nun məlumatına görə, qaytarıan meyitlər arasında Naxçıvan şəhərinin Xıncov məhəlləsində anadan olmuş Azərbaycan zabiti, leytenant Qabil Orucəliyevin də nəşi olub. O, cəbhənin Tərtər istiqamətindəki döyüşlərdə ağır yaralanaraq həyatını itirib.

Qeyd edək ki, bir qədər əvvəl leytenant Qabil Orucəliyevin son yazışması yayılıb. Orucəliyev dostu ilə yazışmasında oğlu olduğunu müşdələyir.

Ölümündən əvvəl oğlu olub. Amma Qabil Orucəliyev oğlunun nə səsini eşidib, nədə üzünü görüb.

Leytenant Qabil Orucəliyev həyatda tək övlad olmaqla yanaşı, həmdə atasız böyüyüb.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol