Bakı şəhərində tikinti şirkətlərinin fəaliyyətindəki qanunsuzluqlar barədə çox yazılıb. Vətəndaşları incidən tikinti şirkətlərindən biri də "Orbita" MTK-dır. Hər halda "AzPolitika.info"ya şikayət edən bir qrup Nizami rayon sakininin fikirləri bunu söyləməyə əsas verir.
Belə ki, Bakı şəhəri Nizami rayonu, Çobanzadə küçəsi ilə Məshəti küçələrinin kəsişməsində ("Xarı bülbül" restoranının və Loğman klinikasının yaxınlığında) "Orbita" MTK-nın əhali ilə razılaşdırmadan apardığı söküntü işləri böyük narazılıq doğurub. Bununla bağlı narazılqları aşağıdakı videosüjetdə izləyə bilərsiz:


Şərhlər