Menu

Neftin qiymətində növbəti sıçrayış

12.04.2016, 14:14

oil_prices_170415Neft qiymətləri, böyük istehsalçıların hasilatın dondurulmasını müzakirə edəcəyi iclas yaxınlaşdıqca qalxır. Baxmayaraq ki, bu gün ABŞ-da artım göstərməsi gözlənilən neftbaza göstəricisi açıqlanacaqdır.

"Marja" xəbər verir ki, ABŞ-da Enerji İnformasiya İdarəsinin Çərşənbə günü açıqlayacağı neft ehtiyatı göstəricisinin, Bloomberg-in sorğusuna görə, keçən həftə 1 milyon barel artım göstərməsi gözlənilir. Bu halda, neft ehtiyatları 1930-cu ildən bu yana ən yüksək səviyyəsini qorumuş olacaq.

Neft İxrac Edən ölkələr Birliyindəki (OEPC) ən böyük istehsalçı Səudiyyə Ərəbistanı, yalnız İran daxil, böyük istehsalçıların razı olması vəziyyətində istehsalı dondurulacağını açıqlayıb. Küveyt isə, razılaşmaya Tehranın dəstəyi olmadan da nail ola biləcəklərini qeyd edib.

Qərbi Texas nefti (WTI) Nymex birjasında 1.2% qalxaraq 40.86 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasına 1,6% bahalaşaraq 43.53 dollara çıxıb (Bakı vaxtı ilə saat 13:00-a olan qiymətər).

Ötən həftə və bu həftənin 2 günü ərzində neft qiymətləri təxminən 10% qalxıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol