Menu

Bakıda tanınmış şirkətin baş mühasibi məhkəmə qarşısına çıxarılır

12.04.2016, 18:13
Bakıda tanınmış şirkətin baş mühasibi məhkəmə qarşısına çıxarılır

Bakıda 174 min manat mənimsəməkdə təqsirləndirilən "S.A.B.A" MMC-nin baş mühasibi Taley Rəhimovun cinayət işi üzrə məhkəmə prosesinin vaxtı açıqlanıb.

Trend-in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası aprelin 13-ə təyin edilib.

Qeyd edək ki, "S.A.B.A" MMC-nin direktoru Əvəz Səfərli Binəqədi Rayon Prokurorluğuna müraciət edərək şirkətdə 174 min 504 manatlıq maliyyə çatışmazlığı aşkarlandığını deyib.

Sonra "S.A.B.A" MMC-nin baş mühasibi T.Rəhimov şirkətin 174, 5 min manatını mənimsəməkdə şübhəli bilinərək saxlanılıb.

O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol