Menu

Elnur Aslanovun “qanadlı” dostunun tədbiri təxirə salındı – Rəsmi reaksiya

17.03.2014, 16:39
Elnur Aslanovun “qanadlı” dostunun tədbiri təxirə salındı – Rəsmi reaksiya

Bir neçə gündür mətbuatda “Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu” (ASAIF) 31 mart – 1 aprel-də Almaniyanın paytaxtı Berlin şəhərində “Yeni Yanaşmalar və Yeni İmkanlar” mövzusunda forum keçirəcəyi ilə bağlı məlumatlar yayımlanır.

Sözügedən forumda Azərbaycan gənclərini ASAİF-in sədri Ramin Hakimovun təmsil etməsi birmənalı qarşılanmamışdı.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, artıq həmin tədbir təxirə salınıb. Tədbirlə bağlı məlumatlar mediada yayımlanandan sonra rəsmi səviyyədə qərar qəbul olunub. Qərara əsasən Ramin Həkimov forumun təşkilatçılığından azad olunub. Təşkilatçısı ilə yanaşı forumun vaxtıl da dəyişdirilib.

ASAİF-in sədri Ramin Hakimovla bağlı isə araşdırma aparılır.

Qeyd edək ki, Ramin Hakimovun da adı Elnur Aslanovun başçılıq etdiyi "gülənçi" qrupun arasında idi. Elnur Aslanov işdən çıxarıldığından onun adamlarının da vəzifələrdən götürüləcəyi gözləniləndir.

Vaqif

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol