Menu

Cəbhəboyu kəndlər minadan təmzilənir - VİDEO

14.04.2016, 12:02
Cəbhəboyu kəndlər minadan təmzilənir - VİDEO

Hazırda xüsusi təlimatlı mobil çevik əməliyyat qrupları Füzuli, Ağdam, Goranboy və Tərtər rayonları ərazisində partlamamış silah-sursatların təmizlənməsi işlərini həyata keçirir. Bu barədə "Report"a açıqlamasında Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşı məlumat verib.

O qeyd edib ki, təmizləmə cəbhəboyu ərazilərdə yerləşən 29 kəndin ərazisində aparılır: "Bu gün biz Tərtər rayonunun Qarağacı, Qapanlı və digər kəndlərinin ərazisinin partlamamış silah-sursatlardan təmizlənməsi işlərini aparırıq. Axtarışlar zamanı 10-a qədər partlamamış hərbi sursat götürülərək mərkəzi məhvetmə ərazisində zərərsizləşdirilib".

ANAMA-nın əməkdaşı bildirib ki, əməliyyat axtarış tədbirləri davam etdirilir: "Daha çox Tərtər rayonunun Qapanlı kəndi ermənilər tərəfindən atılan hərbi silah-sursatların çirklənməsinə məruz qalıb".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol