Menu

"Qarabağa rus hərbçilərinin yerləşdirilməsini təhlükəli saymıram" - Ayaz Mütəllibov

14.04.2016, 17:07

ayaz01"Dağlıq Qarabağda rus sülhməramlılarının yerləşdirilməsini təhlükəli saymır, Qarabağın birdəfəlik itirilməsi kimi qiymətləndirmirəm. Əksinə çalışmaq lazımdır ki, işğal altında olan rayonlarımız mümkün qədər tez geri qayıtsın".

Bunu Moderator.az-a açıqlamasında Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov bildirib.

Ayaz Mütəllibov deyib ki, daimi sülhün tətbiq olunması üçün lazım olan bütün addımlar atmaq lazımdır: "6 rayon qaytarılsa proseslər öz-özünə tənzimlənəcək. Camaatda da inam yaranacaq. Ermənilər isə razılığa gəlməyə məcbur olacaqlar. Kim nə deyir, desin ermənilər məcburiyyət qarşısında qalsalar məsələlər istər-istəməz öz həlini tapacaq. Sülhməramlılara gəldikdə isə... Vaxtilə-90-cı illərin əvvəllərində sülhməramlılar Dağlıq Qarabağda komendatura şəklində öz yerini tapmışdı. Doğrudur, hər iki tərəf narazılığını bildirirdi. Ancaq biz geniş miqyaslı müharibəyə yol vermirdik. Müəyyən məsələlər tənzimlənirdi. Əgər deyilənlər öz təqdini tapsa, yenə də elə olacaq".

Həmçinin oxuyun: PUTİN-LAVROV CÜTLÜYÜNÜN MƏKRLİ PLANI MƏLUM OLDU - Azərbaycana qarşı TƏLƏ

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol