Menu

Xocavənddə düşmən əsgəri məhv edildi

15.04.2016, 11:04
Xocavənddə düşmən əsgəri məhv edildi

Dağlıq Qarabağdakı separatçı rejim hərbi itkilər verməkdə davam edir. Modern.az saytı Ermənistan mediasına istinadən bildirir ki, aprelin 14-də gecə saat 23:20-də düşmənin işğal altında saxladığı Xocavənd rayonunda əsgər Armen Qriqoryan ölümcül yaralanıb.

Erməni tərəfi hərbçinin Azərbaycan ordusunun açdığı atəşlə vurulduğunu iddia edib.

Bundan əvvəl isə Qarabağda düşmənin daha bir hərbçisinin məhv edildiyi haqda xəbər yayılıb. Məlumatda qeyd edildiyinə görə, 46 yaşlı Hamlet Adjoyan təmas xəttinin şimal-şərq istiqamətində öldürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol