Menu

Dohaya gedən neft hasil edən ölkələr 315 milyard dollarlıq "rezerv" xərcləyiblər

15.04.2016, 17:46
Dohaya gedən neft hasil edən ölkələr 315 milyard dollarlıq "rezerv" xərcləyiblər

Dünyanın ən iri neft ixracatçılarının valyuta ehtiyatlarını gedərək artan bir sürətlə xərcləmələri, qiymətlərin dəstəklənməsi məqsədilə hasilatın dondurulmasına dair razılaşma əldə olunması ehtimalını artırır.

"Marja" xəbər verir ki, Bloomberg-in məlumatlarına görə, Dohada Bazar günü neft hasilatını dondurmaq məsələsini müzakirə edəcək 18 ölkə, 2014-cü ildə neft qiymətləri düşməyə başladığından bu yana valyuta ehtiyatlarının ümumi həcminin təxminən beşdə birini (315 milyard dollar) xərcləyiblər.

2015-in son rübündə bu ölkələrin valyuta ehtiyatları 54 milyard dollar azalıb, bu böhran başlayandan bu yana baş verən ən böyük rüblük azalma olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol