Menu

Baş nazir qol güləşdirdi və məğlub oldu - VIDEO

16.04.2016, 13:14
Baş nazir qol güləşdirdi və məğlub oldu - VIDEO

Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkənin Düzcə şəhərində sakinlər ilə görüş keçirdiyi zaman maraqlı hadisə baş verib. ANS PRESS-in məlumatına görə, nazir balaca uşaqla qol güləşdirib.

Baş nazir Enes adlı oğlanla qol güləşində məğlub olub. Güləş zamanı nazir uşağa “mənə qalib gəlmə, biabır olaram” deyib. Baş nazirin bu zarafatı gülüşlə qarşılanıb. Daha sonra Əhməd Davudoğlu vətəndaşlarla çay içib və Enes ilə yadigar şəkil çəkdirib.

Baş nazirin vətandaşlarla görüş zamanı

Baş nazirin vətandaşlarla görüş zamanı

Əhməd Davudoğlu 2009-ci ildə böyük siyəsətə Türkiyənin Xarici İşlər Naziri kimi gəlib. Siyəsətçi 2014-cü ildə baş nazir olub. O, bu  postda hazırkı prezidentRəcəb Tayyüb Ərdoğanı əvəz edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol