Menu

İstanbulda ticarət mərkəzində atışma olub - Yaralananlar var

16.04.2016, 17:10
İstanbulda ticarət mərkəzində atışma olub - Yaralananlar var

İstanbulda naməlum şəxslər ticarət mərkəzində atəş açıblar. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə “Metroport” ticarət mərkəzində baş verib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, vaxtilə “Metroport” ticarət mərkəzində çalışmış təhlükəsizlik əməkdaşı öz kürəkəni ilə mübahisə etdikdən sonra ona odlu silahdan atəş açıb.

Nəticədə həmin şəxs ağır yaralanıb. Sonra atəş açan şəxs özünü ayağından vurub.

Hər iki şəxsin xəstəxanaya yerləşdirildiyi, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol