Menu

Silahlılar 140-dan çox dinc sakini öldürüblər

16.04.2016, 21:26
Silahlılar 140-dan çox dinc sakini öldürüblər

Efiopiyanın qərbində silahlıların hücumu nəticəsində azı 140 nəfər ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, silahlılar Sudanla həmsərhəd Qambela əyalətində yerləşən yaşayış məntəqələrindən birinə hücum ediblər.

Məlumata görə, Cənubi Sudan ərazisindən hücum edən silahlılar qadın və uşaqlar daxil olmaqla dinc sakinləri atəşə tutublar.

Efiopiya təhlükəsizlik qüvvələri ilə döyüş zamanı 60 silahlı məhv edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol