Menu

"Bu, mənim savaşım deyil" - Səudiyyə şahzadəsi

17.04.2016, 12:26
"Bu, mənim savaşım deyil" - Səudiyyə şahzadəsi

Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salman, Dohada istehsalı dondurmaq təklifini müzakirə etmələrindən əvvəl verdiyi müsahibəsində, istədikləri təqdirdə dərhal neft hasilatını bir milyon barel artıra biləcəklərini söyləyib.

Dünyanın ən böyük neft ixracatçısı, hasilatı dərhal gündəlik 11.5 milyon barelə və "əgər istəsələr" bu rəqəmi 6-9 ay ərzində 12.5 milyon barelə çıxara biləcəklərini açıqlayıb. "Marja" xəbər verir ki, Bloomberg-in məlumatına görə, ölkə ötən ay gündəlik 10.2 milyon barrel neft hasil edib. Əgər Səudiyyə Krallığı neftə investisiyalarını artırmağı seçsə, gündəlik istehsal gücünü 20 milyon barrelə çıxarda bilər.

Şahzadə, "Daha çox istehsal etməyimiz lazım olduğunu demirəm, ancaq əgər istəsək bunu edə bilərik. Əgər sərmayə yatırsaq gündəlik 20 milyon barel istehsal edə bilərik, ancaq daha çox deyil" o deyib.

Səudiyyə Ərəbistanının potensialından az neft istehsal etdiyini, çünki bazardakı tələbata görə cavab verdiklərini bildirən şahzadə Məhəmməd Bin Salman, "Əgər tələbdən daha çox neft istehsal etsək, bazarı məhv edərik. Bu səbəbdən biz tələb və təklifə baxırıq və tələbə görə istehsal edirik",- deyib.

Şahzadə, İran və digər istehsalçı ölkələrin neft hasilatını dondurma qərarını qəbul etməməsi halında, öz hasilatlarını dondurmayacaqlarını açıqlayıb.

Şahzadə Məhəmməd Bin Salman dünən verdiyi müsahibəsində, dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanının, digər ölkələrin də neft hasilatını dondurma qərarı verməsi halında, gündəlik hasilatının yüksək həddi 10.3 milyon barel ilə 10.4 milyon barrel arasında olacaq.

"İRAN DONDURMASA, BİZ DƏ DONDURMAYACAĞIQ"

Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman, "Əgər mühüm istehsalçıların hamısı istehsalı dondurmasa, biz də donmayacağıq və əlimizə keçən hər fürsətdə satış edəcəyik", - deyib.

"Qiymətlərin 60-70 dollara qədər çıxması inkişafı irəli itələmək üçün güclü bir amil olar. Ancaq bu mənim savaşım deyil. Bu aşağı neft qiymətlərindən zərər görənlərin mübarizəsidir",- deyən Şahzadə, Səudiyyə Ərəbistanının narahat olmadığını söyləyib və "bizim yüksək neft qiymətlərinə ehtiyac duymayan öz proqramlarımız var"- deyə o bildirib.

Bu gün Qətərin paytaxtı Dohada keçiriləcək toplantıda aralarında Səudiyyə Ərəbistanı və Rusiyanın da olduğu ən azı 15 neft istehsalçısı olan ölkə hasilatın dondurulması təklifini müzakirə edəcəklər. Səudiyyə Ərəbistanının şahzadəsi, ölkəsinin qərarda iştirakının İranın iştirakına bağlı olduğunu bildirmişdi. İranın neft naziri isə təklifi "axmaqlıq" kimi səciyyələndirmişdi. İran Dohada keçirilən toplantıya qatılmayacaq.

İRAN İŞTİRAK ETMƏYƏCƏK

Səudiyyə Ərəbistanının neft istehsalını İranın qərarda iştirakı olmadan dondurmayacağını açıqlamasının ardından, İran, toplantıda iştirak etməmək qərarı verib. İranın OPEC nümayəndəsinin toplantıya qatılması gözlənilirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol