Dünya neft hasilatının yarısını təmin edən ən azı 16 ölkə, Qətərin paytaxtı Dohada, neft bazarında sabitlik yaratmaq üçün, istehsalın dondurulmasını müzakirə etmək üçün görüşürlər.
İclas öncəsi, Səudiyyə Ərəbistanının ikinci vəliəhd şahzadəsi, İranın razılaşamya qatılmaması vəziyyətində ölkəsinin istehsalı dondurmayacağını açıqlamışdı. İran toplantıda iştirak etməmək qərarı verib.
"Marja" xəbər veri ki, Omanın neft naziri Məhəmməd Al Rumhy, Dohada verdiyi müsahibədə, Səudiyyə Ərəbistanı və Rusiyanın istehsalın 1 Oktyabra qədər Yanvar ayı səviyyələrində saxlanılmasına dair müqaviləni təsdiq etdiyini və digər istehsalçıların da bu şəkildə davranmasının gözləndiyini söyləyib.
"HƏR KƏS NİKBİNDİR"
Kuveytin neft naziri Anas Əl-Saleh, iclas öncəsi verdiyi açıqlamada, iclasda razılığa gəlinəcəyinə dair hər kəsin nikbin olduğunu deyib.
REUTERS: RAZILŞAMAYA YAXINDIRLAR
Reuters-in əldə etdiyi layihəyə görə, neft istehsalçıları istehsalı 1 Oktyabr tarixinə qədər Yanvar ayındakı səviyyələrdə saxlamaq məsələsində razılığa gələcəklər.
Layihəyə görə, istehsalçılar Oktyabr ayında Rusiyada yenidən toplaşaraq, neft bazarındakı vəziyyəti nəzərdən keçirəcəklər.
Reuters, hələ layihə üzərində razılığa gəlinmədiyini, müqavilənin digər ölkələrin iştirakına açıq olduğunu bildirib.
Həmçinin Reuters, adını vermədiyi mənbələrə istinadən, neft istehsalçısı ölkələrin neft qiymətlərini yüksəltmək üçün istehsalı dondurmaq məsələsində razılığa gəlməyə yaxın olduqları xəbərini verib.
"Bloomberg News"a görə, neft istehsalçılarının Bakı vaxtı ilə saat ilə 15:00 radələrində istehsalın dondurulması qərarını qəbul edəcəklər.


Şərhlər