Menu

Türkiyədə hakim partiyanın binasına hücum olub

18.04.2016, 09:52
Türkiyədə hakim partiyanın binasına hücum olub

İstanbulda hakim Ədalət və İnkişaf partiyasının (AK Parti) binasına hücum olub.

Trend-in Hurriyet qəzetinə istinadən verdiyi xəbərə əsasən, binanın arxa tərəfdə yerləşən bağçasına naməlum şəxslər partlayıcı maddə atıblar.

Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.

Xüsusi Təyinatlı dəstələri araşdırma aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol