Xəbər verdiyimiz kimi, Qətərin paytaxtı Dohada neft hasilatının dondurulması üçün OPEC və OPEC-ə daxil olmayan istehsalçılar arasında aparılan danışıqlar uğursuzluqla nəticələndi. Bu diplomatik uğursuzluq neft qiymətlərində hələlik 4-5% geriləməyə səbəb olub.
Səudiyyə Ərəbistanı aralarında İranın da olduğu digər istehsalçılar razılaşmaya qatılmasalar istehsalı dondurmayacağında israr etdi və toplantı nəticəsiz qaldı. İran daha əvvəl istehsalı dondurmayacağını açıqlamışdı.
Qətərin Energetika naziri Məhəmməd Əl Səda, toplantıdan sonrası keçirdiyi mətbuat konfransında, OPEC üzvlərinin İyun ayına qədər öz aralarında və digər neft istehsalçıları ilə fikir mübadiləsi aparacağını söyləyib OPEC-in növbəti toplantısı (yarım illik) İyunun 2-də keçiriləcək. /"Marja"


Şərhlər