“Rahat market” supermarketlər şəbəkəsi bir sıra şöbələrini bağlayır.
"Marja" xəbər veri ki, yerli mətbuatda verilən məlumatlara görə, şəbəkənin bağlanmasının səbəbi həmin şöbələrin “rentabelsiz” işləməsidir. Şəbəkə Facebook səhifəsində də marketlərin bağlanılması xəbərini təsdiq edib.
Azərbaycanda bu şəbəkənin 28 mağazası var, bunların da 22-si Bakıda yerləşir. Bağlanan supermarketlərdən 5-i Bakıda, 1-i Sumqayıtda, qalanları isə Bərdədə, Ucarda və Mingəçevirdədir.
“Rahat market” Facebook səhifəsində bildirir ki, qiymətlər endirilib. Ehtimal olunur ki, qiymətlərin endirilməsi şöbələrin bağlanması ilə əlaqədardır.


Şərhlər