Misirin şimalında Sinay yarımadasında, Əl-Arişa rayonunda törədilən terror aktı nəticəsində iki nəfər ölüb, 8 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu haqda TASS xəbər yayıb.
Məlumata görə, hadisə məhbusları daşıyan avtomobilin keçdiyi yolda əldə qayırma bombanın partlaması nəticəsndə baş verib.
İnformasiyaya əsasən, ölənlər avtomobildəki məhbuslardır. Onlar terror aktı törətməkdə şübhəli bilinərək həbs olunublar.


Şərhlər