Türkiyənin Kilis vilayətinin Suriyanın İŞİD-in nəzarəti altında olan ərazisindən raket zərbələrinə məruz qalması nəticəsində 4 nəfər ölüb, 6 nəfər yaralanıb.
Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata əsasən, ölənlərdən 3-ü Suriyalı uşaqlardır.
Qeyd olunur ki, cavab olaraq Türkiyə Silahlı Qüvvələri İŞİD terrorçularının mövqelərinə nöqtəvi zərbələr endirib.


Şərhlər