Menu

Yerevanda Rusiyaya qarşı aksiya keçirilir - VİDEO

19.04.2016, 15:28
Yerevanda Rusiyaya qarşı aksiya keçirilir - VİDEO

Ermənistan paytaxtı Yerevanda Rusiyaya qarşı aksiya başlayıb.

"Report" "news.am"a istinadən xəbər verir ki, aksiya iştirakçıları "Respublika" meydanından yürüşə çıxıb və Xarici İşlər Nazirliyinin binasına doğru irəliləyiblər. Nümayişçilər buradan da Rusiya səfirliyinə tərəf yollanacaq.

Etirazçılar Rusiyadan Başqırdıstanın keçmiş senatoru İqor İzmestyevin anasından dələduzluq yolu ilə 700 min dollar məbləğində pul oğurladığına görə Moskva məhkəməsi tərəfindən 4 illiyə 4 illiyə azadlıqdan məhrum edilmiş Qarabağ separatçılarının sponsoru Levon Ayrapetyanı həbsdən azad etməyi tələb edir.

Aksiya iştirakçıları L.Ayrapetyanın azad edilməsinə vasitəçi olması tələbi ilə Ermənistan Xarici İşlər Nazirliyinə məktub vermək niyyətindədir. Bundan sonra etirazçılar eyni tələblərlə Rusiyanın Ermənistandakı səfirliyinə yönələcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol