Menu

Metro ticarətçiləri aksiya keçiriblər -FOTOLAR- YENİLƏNİB

19.03.2014, 11:49
Metro ticarətçiləri aksiya keçiriblər -FOTOLAR- YENİLƏNİB

Musavat.com-un məlumatına görə, metro ticarətçiləri onların hər birindən təmir üçün 1100 manat pul alındığını və aldadıldıqlarını iddia edirlər: “Materialı özümüz almışıq. İndi də həmin pulu tələb edirik. O puldan cəmi 200 manat pul qaytarıblar. Korrupsiya idarəsinə şikayətə gedirik. Biz bu pulla bayramı necə keçirək?”.

Narazı ticarətçilər deyiblər ki, onlara ticarət üçün alternativ yer verilməyib: “Hacıbala Abutalıbovla keçən həftə görüşdük. Əlini “Quran”a basıb and içdi ki, martın 27-ə kimi sizə toxunmayacam”.

Metro tiçarətçilərinin "Neftçilər" stansiyasında keçirtdikləri aksiya artıq sona çatıb.

-------------

10 gün öncə ticarət obyektləri Metropoliten İdarəsi tərəfindən bağlanan metro ticarətçiləri bu gün yenidən "Neftçilər" metrostansiyasına toplaşıblar və etirazlarını bildirirlər.

Musavat.com-un əməkdaşı ilə söhbətlərində ticarətçilər öz mallarını yığışdırıb apardıqlarını deyiblər və əlavə ediblər ki, indi də bir müddət öncə metro tunellərində yer almaq üçün Metropoliten İdarəsinin sabiq rəisi Tağı Əhmədovun adamına verdikləri pulları geri istəyirlər.

Reportyorumuzun verdiyi xəbərə görə, kortəbii və yalnız şikayət xarakterli aksiya keçirən ticarətçilərin sayı əlliyə yaxın olub. Ətrafda polis qüvvələri əvvəlcə müdaxilə etməsələr də, zamanla hərəkətə keçiblər və ticarətçilərdən keçidi tərk etmələrini tələb edib, daha sonra onları sıxışdıraraq keçiddən çıxarıblar.

Reportyorumuz xəbər verir ki, ticarətçilərin metrostansiyasının yaxınlığında toplaşması davam edir.

Qeyd edək ki, bundan əvvəl ticarətçilərin keçirdikləri aksiyalar heç bir nəticə verməyib, onları "20 Yanvar" metrostansiyası istisna olmaqla bütün metro tunellərindən kənarlaşdırıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol