Menu

Suriyadan Türkiyəyə daha 3 raket atıldı

19.04.2016, 18:58
Suriyadan Türkiyəyə daha 3 raket atıldı

Suriya ərazisindən Rusiya istehsalı olan "Katyuşa" kompleksindən atılan 3 raketdən birinin Türkiyə sərhədində yerləşən Kilis rayonunun Helvecioğlu məhəlləsində evin damına düşməsi nəticəsində 2 nəfər yaralanıb.Virtualaz.org xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, raketlərdən biri Bilal Habeşi məscidinin tualetinə, digəri isə rayonun qəbiristanlığına düşüb.

Qeyd edək ki, dünən Suriyadan Rusiya istehsalı olan "Katyuşa" kompleksindən 5 raketin Türkiyənin sərhəddə yerləşən Kilis rayonunun zeytun bağçasına düşməsi nəticəsində 3-ü uşaq olmaqla, 4 nəfər həyatını itirmiş, 9 nəfər isə yaralanmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol