Menu

Daha bir neftçinin meyiti tapıldı

20.04.2016, 09:43

trend_platforma_guneshli_291215_09Türkmənistan sahillərində daha bir neftçinin meyitinin tapıldığı ehtimal edilir. Bu haqda Fövqaladə Hallar Nazirliyindən məlumat verilib.

O qeyd edib ki, Azərbaycanın Türkmənistandakı Səfirliyindən verilmiş məlumata əsasən, 18 aprel 2016-cı il tarixində Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin, ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir:

“Bununla əlaqədar, Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndərilməsi üçün hazırlıq işlərinə başlanılıb”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol