Sputnik”- Türkiyə informasiya agentliyinin baş direktoru Tural Kərimov ölkədən çıxarılıb. ANS PRESS-in məlumatına görə, onun ölkədən kənarlaşdırılmasına səbəb Türkiyəyə giriş qadağasının qoyulması olub.
Tural Kərimov Türkiyənin Atatürk hava limanında saxlanılaraq heç bir izahat verilmədən ölkədən çıxarılıb.
Rusiyadan Türkiyəyə gələn baş direktor hava limanında pasport nəzarətindən keçmək istəyərkən ona ölkəyə giriş qadağası qoyulduğu bildirilib və nəzarət otağına aparılıb. “Qəbul edilməyən sərnişin” anketini dolduran Tural Kərimov növbəti təyyarə ilə geri qaytarılıb.
Digər tərəfdən Rusiya Jurnalistlər Birliyi Kərimovun Türkiyədən çıxarılmasını etirazla qarşılayıb. Birliyin katibi Nadejda Ajgihina Türkiyəni beynəlxalq normaları pozmaqda və rus xəbər agentliyinin fəaliyyətini əgəlləməkdə günahlandırıb.
Rusiyanın Ankaradakı səfirliyi hazırda Kərimovun ölkədən kənarlaşdırılmasının səbəblərini araşdırır.
Ötən həftə Türkiyədə Sputnik saytına girişə də qadağa qoyulumuşdu.


Şərhlər