Menu

“Rusiya məsuliyyət daşıyır” - NATO-nun baş katibi

20.04.2016, 21:21
“Rusiya məsuliyyət daşıyır” - NATO-nun baş katibi

NATO-nun baş katibi Yens Stoltenberg bildirib ki, Minsk razılaşmasının yerinə yetirilməsinə görə Rusiya xüsusi məsuliyyət daşıyır.

O deyib ki, Moskva Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə davam edir.

O iki il ərzində ilk dəfə keçirilən Rusiya-NATO şurasının iclasından sonra mətbuat konfransında deyib ki, Krımın ilhaqı və Donbasdakı vəziyyətə görə hələ də tərəflər arasında böyük fikir ayrılıqları var.

2014-ci ilin aprelindən bu yana Ukraynanın şərqində kedən döyüşlərdə 9 mindən çox adam ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol