Menu

Rubl dollar və avro qarşısında möhkəmlənməyə başlayıb

21.04.2016, 14:38
Rubl dollar və avro qarşısında möhkəmlənməyə başlayıb

Rusiya rublu neftin qiymətinin artımasına paralel olaraq dollar qarşısında bu il ilk dəfə 65 səviyyəsindən aşağı enib.

Rusiya rublu, neft qiymətlərinin Doha toplantısından bir razılaşma çıxmamasına baxmayaraq yüksəliş meyli göstərməsi ilə əlaqədar olaraq dollar və avro qarşısında möhkəmlənməyə başlayıb.

Rubl günün ilk yarısında dollar qarşısında bu il ilk dəfə 65 səviyyəsindən aşağı enərək 64,82 səviyyəsindən əməliyyat olunub, avro qarşısında da 73,26 səviyyəsini görüb.

Brent növü xam neftin barrel qiyməti, Küveytdə neft fəhlələrinin keçirdiyi tətili dayandırmalarının ardından 42,80 dollara qədər geriləmişdi. Ancaq ABŞ-da xam neft ehtiyatlarının gözləntilərdən az artmasının ardından Brent neftin barrelinin qiyməti, analitiklərin müqavimət kimi dəyərləndirdikləri 46 dolları aşdı və 46,10 dollarla, 26 Noyabr 2015-ci il tarixindən bu yana ən yüksək səviyyəyə çıxdı.  /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol