Xarici KİV-in məlumatına görə, Ukraynanın nazirlər kabineti Polşa vətəndaşı Voytsex Balçunu - «Chemia» rok-qrupunun lideri və qitaraçısını «Ukrzaliznıtsi»nin (Ukrayna dəmir yollları) başçısı vəzifəsinə təyin edib. Bu barədə xəbəri aprelin 20-də (2016) «112 Ukrayna» telekanalı yayıb.
Bundan əvvəl Balçun Polşa dəmir yolları müşahidə şurasına rəhbərlik edib, «RKR Cargo» dəmir yolu yükdaşıma şirkətinin başçısı olub. 2012-ci ildən isə o, «LOT Polish Airlines» şirkətinin idarə heyətinin sədri olub.
Ukraynanın sabiq iqtisadi inkişaf və ticarət naziri Ayvaras Abromaviçus hələ aprelin əvvəlində özünün Twitter səhifəsində yazmışdı ki, «Ukrzaliznıtsi»nin başçısı vəzifəsinə 8 nəfər əcnəği şəxs iddiaçı qismində çıxış edir.
Bu ilin fevralında iqtisadiyyat nazirliyi vakant olan Ukrayna dəmir yolları idarəsinin başçısı vəzifəsini tutmaq üçün müsabiqənin başlandığını elan etmişdi. Namizədə olan tələblərə görə, yeni rəhbər böyük şirkətlərə rəhbərlik üzrə azı 5 illik idarəçilik təcrübəsinə malik olmalı idi.
AzPolitika.info

Şərhlər