Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana iki günlük səfərə gedib. Musavat.com RİA “Novosti”yə istinadən xəbər verir ki, o, səfər çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşəcək.
Səfərin əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıdır.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, Sergey Lavrov münaqişənin həlli ilə bağlı müəyyən təkliflər irəli sürəcək. “Sergey Lavrov heç bir yerə əliboş getmir”, - XİN təmsilçisi demişdi.
Bununla belə, Mariya Zaxarova Lavrovun təkliflərinin plan, proqram, layihə və ya sənəd kimi təqdim etmək doğru deyil.
Qeyd edək ki, Qarabağ problemi birbaşa Rusiya ilə bağlı olduğundan Lavrovun səfərində Azərbaycanın xeyrinə hansısa addım gözləmək olmaz. Kim bilir yenə nə "tələ" hazırlayırlar. İşğal olunmuş 5 rayonu qaytarmaq əvəzinə Azərbaycana Rusiya qoşununu yeritmək və Dağlıq Qarabağı Ermənistana birləşdirmək istədiklərinə dair məlumatlar var. Bakıdakı "rusbaşlar" və pula satılan şərəfsizlər bunu böyük uğur kimi, erməni əsilli Lavrovu isə az qala Azərbaycana xilaskar kimi təqdim etmək istəyirlər.
Ancaq şübhə yoxdur ki, prezident bu cür məkrli planların reallaşmasına imkan verməyəcək.
AzPolitka.info


Şərhlər