Menu

"1994-cü və 1995-ci illərin razılaşmaları müddətsizdir" - Rusiya XİN

22.04.2016, 09:13
"1994-cü və 1995-ci illərin razılaşmaları müddətsizdir" - Rusiya XİN

Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin dayandırılmasına dair 1994-cü və 1995-ci illərdə əldə olunan razılaşmalar müddətsiz xarakter daşıyır və münaqişə zonasında atəşkəsin əsasını təşkil edir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in açıqlamasında bildirilir.

“Dağlıq Qarabağ ətrafında vəziyyətin inkişafı kontekstində Rusiya tərəfinin qəti mövqeyi ondan ibarətdir ki, atəşin dayandırılmasına dair 1994-cü il tarixli Razılaşma və bu razılaşmanın möhkəmləndirilməsi üçün qəbul olunmuş Dağlıq Qarabağ münaqişəsində atəşkəsin möhkəmləndirilməsinə dair 1995-ci il tarixli Razılaşma müddətsiz xarakter daşıyır və münaqişə zonasında atəşkəsin əsasını təşkil edir”, - deyə məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin ümumi yanaşmasına tamamilə uyğun olan bu prinsipial mövqe Rusiyanın ATƏT-dəki daimi nümayəndəliyinin aprelin 12-də Azərbaycanın qurumdakı daimi nümayəndəliyinə təqdim etdiyi notasında öz əksini tapıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol