Menu

Baş redaktor dələduzluğa görə tutulub

19.03.2014, 14:36
Baş redaktor dələduzluğa görə tutulub

Azərbaycanda qəzet baş redaktoru dələduzluğa görə tutulub.

Nəsimi Polis İdarəsindən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluqda təqsirləndirilən 1980-ci il təvəllüdlü Yusif Məhəmməd oğlu Osmanlı saxlanıb.

Polisdən həmçinin bildirilib ki, Y. Osmanlı bir neçə vətəndaşa qarşı dələduzluq etdiyinə görə, bir müddət əvvəl axtarışa verilibmiş.

APA-nın əldə etdiyi məlumata görə, Y. Osmanlı “Yeni Avropa” qəzetinin təsisçi və baş redaktorudur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol