İsmayıllı məhbusunun ailəsində faciə baş verb. Martın 17-də Şəki Ağır Cinayətlər Məhkəməsində “İsmayıllı işi”nə görə təqsirləndirilən 18 nəfərə hökm oxundu. 18 nəfərdən 7-si şərti azadlığa çıxdı, qalan 11 nəfər isə azadlıqdan məhrum olundular.
Ən ağır cəzaya məhkum olunanlardan biri də Anar Həsənovdur. O, hakim Rəşid Hüseynovun çıxardığı hökmə əsasən 8 il müddətinə azadlıqdan məhrum olundu.” Musavat.com xəbər verir ki, məhkəmə günü Həsənovlar ailəsinin başına iki bədbəxt hadisə gəlib. Həm oğulları olan Anar Həsənovun həbsi, daha sonra nənəsi Tükəzban Həsənovanın nəvəsinin həbsi xəbərinə dözməyərək qəfil ölümü. Bu xəbəri yeni aldığımıza görə bu gün Anar Həsənovun ailəsi ilə əlaqə saxladıq, onlar başlarına gələn faciə ilə bağlı danışdılar.
“Məhkəmədən qayıtdıqdan bir neçə saat sonra anamın ürəyi partlayıb öldü”
-Neçə dəfə prezidentə teleqram vurmuşam yəqin ki, çatdırmırlar. Əgər teleqramlarım prezidentə çatdırılsaydı, bir tədbir görərdi. O, yaxşı insandır. Prezidentimiz hörmətli adamdır, hamımızın ona böyük hörmətimiz var. Anam bir il idi ki, Anarın yolunu gözləyirdi. Biz onu çarəsizlikdən aldadırdıq ki, Anarı səhər gətirəcəyik, nə bilim bu dəfə gətirəcəyik. İndi hal-hazırda yalan yerə ona səkkiz il iş verdilər, halbuki deputat məhkəməyə məktub yazıb ki, Anar və Səftəri mən özüm ora dəvət etmişəm ki, bizə kömək etsin camaatı sakitləşdirsinlər. Anar idmançıdır, 2 dəfə Avropa çempionu olub, 7-8 il dalbadal karate üzrə Azərbaycan çempionu olub. MDB ölkələri üzrə qaydasız döyüşdə 2- ci yeri tutub. Xeyli sayda medalları var. İlham Əliyev haqda kimsə artıq bir söz deyəndə, Anar az qalırdı ki, həmin adamı cəzalandırsın.
Anara 8 il verəndən sonra gəldik rayona. Hamımız bu məsələni gizlədirdik ki, anamız bilməsin. Bacımgil xəlvətcə söhbət edəndə, anam yatırdı. Necə olubsa, bacımgil söhbət edəndə, anam yuxudan durub, həmin söhbəti eşidib. Qışqırıb deyib ki, nə dediniz, Anara iş verdilər? Bunu deyən kimi dili tutulub. Bir neçə saat sonra anamın həyacandan ürəyi partlayıb öldü.”

-Hakim Rəşid Hüseynov kimi ədalətsizə bu işi tapşırıblar. Mən belə bilirəm ki, prezidentin bundan xəbəri yoxdur. Təsəvvür edin, atam doxsan yaşlı kişidir. Gecə-gündüz Anar deyib ağlayır, indi yoldaşı da rəhmətə getdi görün onun üçün necə çətin olacaq. Xahiş edirəm, bunu bütün dünyaya yayın, qoy, hamı bu haqsızlıqdan xəbər tutsun. Qoy, hamı Rəşid Hüseynovun- onun ədalətsiz adam olduğunu görsün. Anarın 30-40-a yaxın üzdə olan tələbəsi var. Hansı ki, həmin tələbələr həmişə beynəlxalq yarışlardan medalla qayıdıblar. Prezident şəxsən İsmayıllıya gələndə Anarla 5-6 dəqiqə dialoqda olub, ona öz tövsiyyələrini çatdırıb.
İlham Əliyevlə Anarın birlikdə şəkilləri də var. İndi onu tutub, dövlət çevrilişi maddəsi ilə həbs ediblər. Başa düşmürəm hansı çevrilişdən söhbət gedə bilər? Deputatın yanına getmişəm o, mənə deyir ki, bu nə cür işdir, kimlər bunu edir, kimlərin marağı var, baş aça bilmirəm. Deputat da etiraf edir ki, Anar günahsızdır. Bilmirik dərdimizi kimə deyək. Xahiş edirik dövlət başçısı bu işə müdaxilə etsin.
Daha sonra məhkum anar Həsənovun anası Məhbubə xanım həm oğlunun həbsi, həm də yaşanan ölüm faciəsi ilə bağlı danışdı. Məhbubə xanım oğlunun azadlığa çıxması üçün Mehriban Əliyevaya müraciət etdi.
“Nənəsi Anar deyə-deyə öldü”

Kədər içində olan Anar Həsənovun babası Sahab Həsənov həm həyat yoldaşının qəfil ölümündən, həm də nəvəsinin həbsindən danışdı.
“Heydər Əliyev mənə iki dəfə medal verib”
“Həyat yoldaşım Anar deyə-deyə öldü. Danışa bilmirəm, demək istəyirəm ki, nəvəmi nahaq yerə türməyə basdılar. Mən 47 il dövlətdə işləmişəm. Həmişə Heydər Əliyevin müşavirələrində iştirak etmişəm. O, mənə 2 dəfə orden medal verib axırda nəvəmin üzünə məhkəmədə bir nəfər də olsa durmaya-durmaya onu türməyə basdılar”.
Daha sonra Anar Həsənovun yaxın qohumları –bibisi Şəhla Süleymanova və əmisi yoldaşı İlhamə Həsənova da başlarına gələn faciədən danışdılar.
“Nənəsinin də ürəyi partlayıb öldü. Biz də partlayacağıq”
“

Sonda Həsənovlar ailəsinin yaxın qonşuları Nəcabət Babayevanın dediklərinə görə bir ildən çoxdur ki, Anarın həbsini nənəsindən gizlədirlər: “Anarın həbsini bir il idi ki, ailəsi bu məsələni nənəsindən gizlədirdi. Onu deyə bilərəm ki, o, uşağın bu işdə zərrə qədər də olsa günahı olmayıb, şərləyib tutublar. Elə ki, nənəsi bu məsələni eşitdi, ürəyi partlayıb rəhmətə getdi.”

Şərhlər