Menu

DİN restoranda iki nəfəri güllələyən şəxslərin adlarını açıqladı

23.04.2016, 12:33
DİN restoranda iki nəfəri güllələyən şəxslərin adlarını açıqladı

Daxili İşlər Nazirliyi Badamdar qəsəbəsindəki "Bulaq" restoranındakı güllələnmə ilə bağlı məlumat yayıb.

Nazirliyin yaydığı məlumatda bildirilir, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində aprelin 21-də paytaxtın Səbail rayonu ərazisində Bakı şəhər sakinləri Fuad Əkbərova və Süleyman Abdullayevə xəsarət yetirmiş paytaxt sakinləri Tofiq Qaramizadə, Hüseyn Hüseynov və Bəhruz Rəfiyev tutulub, hadisə zamanı istifadə edilən "Revolver" tipli tapança və 5 ədəd patron götürülüb.

Faktla əlaqədar Bakı şəhər Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120-ci, 221-ci və 228-ci maddələri ilə cinayət işi başlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol