Menu

BAKIDA GÜCLÜ PARTLAYIŞ... - “…elə bil bomba düşdü” - FOTO + VİDEO

24.04.2016, 18:07
BAKIDA GÜCLÜ PARTLAYIŞ... - “…elə bil bomba düşdü” - FOTO + VİDEO

Aprelin 24-ü səhər saat 9 radələrində Bakıda Xalq Banka məxsus binalardan birində güclü partlayış olub. Partlayış bankın İnşaatçılar prospektindəki mərkəzi ofisinin yaxınlığında, ona məxsus anbarda baş verib.

Partlayışın gücündən üzbəüz binada mənzillərin şüşələri sınıb, ətrafda bir neçə maşına ciddi zərər dəyib.

Partlayışdan az sonra ətraf əeazi mühasirəyə alinib. Hadisə yerində FHN və hüquq-mühafizə orqanlarının əməkdaşları işləməyə başlayıb.

Üzbəüz binada yaşayan sakinlər MeydanTV-yə deyib ki, partlayışın miqyası böyük olub. 8-ci mərtəbədə yaşayanların da şüşələri qırılıb. Partlayış nəticəsində 5 avtomobilə ziyan dəyib. Sakinlərin bəzisi ehtimal edir ki, partlayış qaz sızmasından baş verib. Digərləri partlayışın səbəbini binanın metronun üzərində yerləşməsi ilə əlaqələndirib.

FHN-in işçiləri hadisənin səbəbinin araşdırıldığını bildirib. Nazirliyin saytında xəbər verilir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda inzibati binanın anbarında partlayışın baş verməsi barədə məlumat daxil olub. Dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq digər hüquq-mühafizə orqanları ilə birgə təhlükəsizlik tədbirləri həyata keçirib. Əməliyyat saat 13:07-də başa çatıb.

Hadisənin şahidi olan Gülxaz Nuriyevanın sözlərinə görə, partlayış nəticəsində, ayaqları zədələnib. Bir nəfərin isə qulaqları tutulub: “İçəridə meyvə düzürdüm, gördüm ki, elə bil göydən bomba düşdü. Necə dükandan çölə çıxmışam, heç bilmirəm. Nəyə görə baş verdiyini başa düşə bilmədim. Bayaqdan 4 dəfə iynə vurublar mənə, güclə özümə gəlmişəm.”Bankın Reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elşən Eynullayev isə APA-ya deyib ki, patlayışın bankla əlaqəsi yoxdur. Partlayış bankın mərkəzi binasında yox, ona yaxın ərazidə baş verib.

************

Səhər saat 9.00-da Xalq bankın anbarında güclü partlayış baş verib. Hazırda ətraf təmamilə mühasirəyə alinib. Yaxınlıqda yerləşən maşınlara ciddi xəsarət dəyib.

Qeyd edək ki, “Xalq bank”ın baş ofisi İnshaatcılar prospektində “Elmlər akademiyası” metro stansiyasının şaxtasınn düz üstündə yerləşir. Partlayışın səbəbi bilnimir. (ANN.AZ)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol