“Putin tanınmış liberal və iqtisadi məsələlər üzrə mütəxəssis Aleksey Kudrini Kremlin yeni sahibi kimi hazırlayır”
Pisləşən iqtisadi vəziyyət Rusiya “neft dövləti”nin rəhbərliyini “Dmitri Medvedyev 2” strategiyasına müraciət etməyə məcbur edir. Belə görünür ki, bu çərçivə daxilində Vladimir Putin tanınmış liberal və iqtisadi məsələlər üzrə mütəxəssis Aleksey Kudrini Kremlin yeni sahibi kimi hazırlayır.
Rusiyada yaşanan dərin iqtisadi böhranın karbohidrogenlərin ixracının dövlət büdcəsinin vəziyyətinə rekord səviyyədə təsir göstərməsindən qaynaqlanması danılmaz bir faktdır. Qərbin Rusiyanın neft sektoruna yönəlmiş maliyyə və texnoloji sanksiyaları da vəziyyətə ağrılı təsir edir. Sadalanan bu faktorlar Kremlin başlıca fəaliyyət istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynayır.
Vəziyyətin ciddiliyini anlayan Rusiya hakimiyyəti Avropa Birliyi ilə münasibətlərin gərginlik yükünü azaltmağa cəhd göstərir. 2015-ci ilin yanvarında “Charlie Hebdo” jurnalının redaksiyasına hücumdan və İŞİD ekstremistlərinin Paris və Brüsseldə törətdikləri terror aktından sonra Rusiya aydın şəkildə diplomatik siqnal göndərərək bildirirdi ki, gəlin terrorizmə qarşı birgə mübarizə aparaq.
Bu cür kooperasiya Rusiyanın təhlükəsizlik sferası baxımından və həmçinin də iqtisadi təcrid olunmadan qurtulmasına, ümumi yekunda isə sanksiyaların qaldırılmasına yol açılaması mənasına gətirir.
“Charlie Hebdo” hadisəsinə göstərilən reaksiya ilə yanaşı Moskva avropalıların diqqətini yeni meqa layihəyə cəlb etməyə başladı. 2015-ci ilin ortalarında məlum oldu ki, ”Qazprom” Baltik dənizinin dibi ilə gedən qaz kəmərinin buraxılış həcmini “Şimal axını-2” hesabına yüksəltmək niyyətindədir. Elə ilk başdan bu investisiyaların məqsədi izolyasiyadan yaxa qurtarmaq və inkişaf edən sıxılmış qaz bazarı fonunda iqtisadi böhrandan qurtulmaqdır.
Lakin bu planların reallaşmasına Mərkəzi Avropa dövlətləri mane olublar, çünki “Şimal axını-2” layihəsi Avropa enerji ittifaqının normalarına uyğun deyil.
Nə müştərək anti-terror cəbhəsinə daxil olmaq cəhdi, nə də ”Şimal axını-2”layihəsi Rusiyanı təcriddən qurtarmadı. İŞİD-lə mübarizə aparmaq məqsədi ilə Suriyaya müdaxilə olunması da, Kremlə kömək göstərməyib. İran-Səudiyyə münasibətlərinin kəskinləşməsi də vəziyyətə mənfi təsir edib. Tehrana qarşı yönəlmiş sanksiyaların qaldırılmasından sonra Doxada keçirilən sammit zamanı səudiyyəlilər İrana görə neft qiymətinin sabitləşməsinin əleyhinə oldular.
Ümumi yekunda Rusiya, əvvəllər istifadə olunmuş, lakin işə yarayan kartı yenidən dövriyəyə gətirmək qərarına gəlib.
Bir neçə müddətdir ki, keçmiş maliyyə naziri və liberal hərakatçı kimi tanınan, eyni zamanda da kənardan Kremllə məsafə saxlayan Aleksey Kudrinin mediadakı aktivliyi xeyli dərəcədə artıb.
“TASS” dövlət agentliyinin verdiyi məlumata görə, 14 aprel tarixində Vladimir Putin bildirib ki, Aleksey Kudrin iqtisadi məsələlər üzrə prezident şurası rəhbərinin müavini ola bilər. Kudrin, həmçinin yaxın illər üçün Rusiyanın inkişaf strategiyasının hazırlanmsında iştirak edəcək.
Öz növbəsində Rusiyanın tanınmış iqtisadi nəşri olan “RBK” bildirib ki, artıq bir ilə yaxındır ki, Kudrin tamamilə yeni iqtisadi proqram üzərində işləyir (ancaq nədənsə bu haqda yalnız indi söylənilir).
Onun rolu, hələki, qeyri-müəyyən olaraq qalmaqdadır, məsələn, Putinin mətbuat katibi Dmitri Peskov dönüş yaradacaq iqtisadi layihənin hazırlanmasını şərh edərkən deyib: ”O, bizim ölkənin ən uğurlu nazirlərindəndir və dünyanın ən yaxşı maliyyə nazirlərindən biridir. Ona görə də, yəqin ki, onun biliklərindən istifadə edilməməsi düz olmaz”.
“TASS”–ın qeyd etdiyinə əsasən, 22 mart tarixində Kudrin bildirib ki, Rusiya dəyişiklər astanasındadır və islahatlara tam hazırdır. A.Kudrin bu cür islahatlardan birini –təqaüdçülərin yaş həddinin artırılmasını həyata keçirməyi təklif edib.
Görünür ki, dərin iqtisadi böhrana qərq olmuş (Qərbin sanksiyaları, neftin qiymətinin ucuzlaşması, hətta Rusiya-NATO görüşünə baxmayaraq, Rusiyanın beynəlxalq arenada təcrid olunması) Kreml, yoxlanılmış plana müraciət edir. Vaxtilə Kreml dəstəsinin başına “liberal” Dmitri Medvedyevin gətirilməsi planı, Putinin üçüncü prezidentlik müddətinin sonunda bir daha Kudrin konfiqurasiyası üzərindən təkrarlanacaq.
Qərb buna inanacaqmı? Yəqin ki, yox! Həm də ki, keçmiş maliyyə nazirinin irəliləməsi, general Viktor Zolotovun rəhbərlik etdiyi milli qvardiyanın yaradılması ilə eyni vaxta təsadüf edir. Putinin şəxsi mühafizəçisi olan bu şəxs və ona tabe olan güclər prezidenti təhlükələrdən qoruyacaq (bəlkə də, yeni xələf Kudrini izləyəcəklər?).
Qərb analitikləri, ilk növbədə ölkə daxilindəki təhlükələrə diqqət edirlər. Belə ki, bir tərəfdən biz, Putinin xələfinin tədricən irəliyə verilməsini, digər tərəfdən isə, öz hakimiyyətinin saxlanmasına cəhdi görürük. Avropa ölkələrinin bir qismi bu ziddiyyətə əhəmiyyət verməyərək, Rusiyanın liberalizm oyununa inana bilər. Həm də ki, bu cür addımlar təbii şəkildə “neft dövləti”nin stuktur böhranı ilə nəticələnəcək.
(“Defence 24” - Polşa)

Şərhlər