Menu

Kişinyovda minlərlə insan hökümətə qarşı mitinqə qatıldı

24.04.2016, 15:55
Kişinyovda minlərlə insan hökümətə qarşı mitinqə qatıldı

Moldovanın paytaxtı Kişinyovda genişmiqyaslı mitinq keçirilir. ANS PRESS-in məlumatına görə, DA (Şərəf və dürüstlük – red.) platformasının tərəfdarları şəhər küçələrinə çıxaraq höküməti istefaya çağırıblar.

DA platformasının nümayəndələrinin sözlərinə görə, aksiya zamanı etirazçılar höküməti və dövlət qurumlarının başçılarını istefaya çağırmaqla yanaşı növbədənkənar parlament və prezident seçkilərinin keçirilməsini tələb edirlər.

Hazırda Kişinyovun mərkəzi meyadanında toplaşanların sayı haqda polisdə dəqiq məlumat yoxdur. Etiraz aksiyası polisinin nəzarətindədir və hələlik mitinq zamanı heç bir hadisə qeydə alınmayıb.

Moldovada 2015-ci ilin payızından başlayaraq mütəmadi olaraq hökümətə qarşı aksiyalar keçirilir. Etiraz aksiyaları sol müxalifətçilər – Sosialistlər partiyası və “Bizim partiya”, həmçinin DA platforması tərəfindən təşkil oludur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol