Menu

FHN Bakıdakı partlayışla bağlı məlumat yayıb

24.04.2016, 17:13
FHN Bakıdakı partlayışla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) bu gün Bakıda baş vermiş partlayışla bağlı məlumat yayıb.

Nazirliyin saytında xəbər verilir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda inzibati binanın anbarında partlayışın baş verməsi barədə məlumat daxil olub.

Dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq digər hüquq-mühafizə orqanları ilə birgə təhlükəsizlik tədbirləri həyata keçirib.

Əməliyyat saat 13:07-də başa çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol