Rusiya Prezidenti Vladimir Putinlə son telefon danışığı zamanı ukraynalı pilot Nadejda Savçenkonun yaxın günlərdə azad olunması məsələsi razılaşdırılıb.Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Pyotr Poroşenko Putinlə danışığı barədə mediaya açıqlamasında deyib.
“Birincisi, danışıqlar zamanı biz tunelin sonunda işıq tapdıq. Bu problemin həllində razılaşdıq və mən bununla bağlı Savçenkonun anasına və bacısına məlumat verdim”, - Poroşenko bildirib.
Ukrayna prezidenti ümid edib ki, Nadejda Savçenko bir neçə həftə ərzində ölkəsinə dönə biləcək.
Xatırladaq ki, Putinlə Poroşenko arasında telefon danışığı aprelin 18-də olmuşdu.


Şərhlər