Menu

Türkiyədə Twitter yasaqlandı -YENİLƏNİB

21.03.2014, 11:22
Türkiyədə Twitter yasaqlandı -YENİLƏNİB

Xəbər verildiyi kimi, dünən gecə saatlarından etibarən Türkiyədə Twitter sosial şəbəkəsi yasaqlanıb.

Avropa.info xəbər verir ki, Nazirlər Kabinetindən yayılan açıqlamada Telekomunikasiya başqanlığının 5651 saylı qanunun tələblərinə görə, bu addımın atıldığı bildirilir. Açıqlamada bildirilir ki, vətəndaşların şikayətləri ilə Twitterdə insan haqlarının və özəl həyata müdaxilə halları ilə bağlı dəfələrlə Türkiyə məhkəmələrinə müraciət olunub.

"Məhkəmələrin çıxardığı qərarlar Telekomunikasiya başqanlığna göndərilmiş, başqanlıq isə öz növbəsində Twitterdən bu kimi halların aradan qaldırılmasını və məhkəmələrin çıxardığı qərarlara uyğun olaraq, yayılan materialların sosial şəbəkədən çıxarılmasını istəmişdir. Lakin Twitter bu qərarlara məhəl qoymamış və məhkəmələrin qərarlarını tanımamışdır. Bu səbəbdən də vətəndaşlarımızın hüquqlarını təmin etmək üçün Twitterin yasaqlanması qərara alınıb."

Açıqlamada Twitterin məhkəmə qərarlarını tanıyacağı halda yasaqlanmaya son veriləcəyi bildirilib.

------

Baş nazir Ərdoğan “Twitter mivitterin kökünü qazıyacağıq”, dedi və qazımağa başladı

Türkiyədə Twitter-ə yasaq qoyuldu. Musavat.com xəbər verir ki, bu barədə qardaş ölkənin bütün media quruluşları xəbər yayıblar. Xəbərlərdən görünür ki, bu yasaq rəsmidir. Türkiyənin Nazirlər Kabinetinin mətbuat müşavirliyindən yayılan açıqlamada bildirilir ki, vətəndaşların zərər görməsini təmin etmək üçün Twitteri ənglləməkdən ayrı çarə qalmayıb.

Xəbərlərdə vurğulanır ki, buna səbəb bu gün baş nazir Tayyib Ərdoğanın Bursa mitinqində verdiyi açıqlamadır. T. Ərdoğan seçki mitinqində etdiyi çıxışda “Twitter mivıttterin kökünü qazıyacağıq”, bəyanatı vermişdi.

Twitterin bu cür kobud şəkildə yasaqlanması gec saatlarda olmasına baxmayaraq, Türkiyə cəmiyyətində şok yaradıb.

Türkiyə xəbər qaynaqları bildirir ki, həyata keçirilən yasaqlama tədbiri İstanbul Anadolu 14-cü Asliye Cəza Məhkəməsi, İstanbul Anadolu 5-ci Sülh Cəza Məhkəməsi, Samsun 2ci Sülh Cəza Məhkəməsi və İstanbul Cümhuriyyət Baş prokurorluğu tərəfindən rəsmiləşdirilib.

Mərkəzi ABŞ-da olan Twitter sosial şəbəkəsi Türkiyədəki giriş yasağına reaksiya verib.

Twitter'dən yapılan açıqlamada, Türkiyədəki istifadəçilərə çib telefonlarının qısa mesaj servisi ilə tweet atmaları tövsiyə edilib. Reuters xəbər agentliyi də "Baş nazir Recep Tayyip Erdoğan'ın dünən Twitter'ı qapatmaqla təhdid etməsindən saatlar sonra Türkiyə çapında giriş əngəllənməyə başlandı" bilgisini abonəçilərinə bildirib.

Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu məhdudlaşdırmanı ABŞ xarici işlər nazirliyinin sözçüsü və Avropa Komissiyasının digital stratejilərdən sorumlu üzvü Neelie Kroes pisləyiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol