“Biz hansısa müzakirələrə cəlb olunuruqsa, öz fikrimizi söyləməliyik”
Bunu ANS-in "Hesabat" verilişinə müsahibəsində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri M.Abbaszadə yeni yaranmış qurumun fəaliyyətindən danışarkən deyib.
“Biz dövlət icra orqanı deyilik deyə, bizim sərbəstliyimiz bir az da artıb. Ümumi müstəvidə çıxış edəndə artıq bu hansısa icra orqanının nümayəndəsinin çıxışı kimi yox, ictimaiyyətin səsi kimi qəbul olunmalıdır” - deyə o qeyd edib.
Bu il aprelin 12-də prezident İlham Əliyevin fərmanına əsasən, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs yaradılıb. Bu qurum Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın bazası əsasında formalaşır.


Şərhlər