Menu

Bu ölkələr 150 milyard dollar itirəcək

25.04.2016, 19:00
Bu ölkələr 150 milyard dollar itirəcək

Beynəlxalq Valyuta Fondunun proqnozuna əsasən, 2016-cı ildə Yaxın Şərq regionunda yerləşən ölkələr neftin qiymətinin aşağı olması səbəbindən daha 150 mlrd. dollar itirəcəklər.

2015-ci ildə bu rəqəm 390 mlrd. dollar təşkil edib: "Bu, Səudiyyə Ərəbistanı və Küveyt kimi ölkələrə ciddi təsir edib.

Bu il Yaxın Şərq regionunda yerləşə ölkələr neftin qiymətinin aşağı olması səbəbindən 150 mlrd. dollar itirəcəklər. Beləliklə, ölkələrin iqtisadi artım tempi ləngiyəcək.

İqtisadi vəziyyəti stabilləşdirmək üçün bu tip ölkələrə 4-5 il lazımdır". /APA

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol