Menu

"SOCAR Turkey Energy"də rəhbər dəyişikliyi- Yeni baş direktor təyin edilib

25.04.2016, 21:31
"SOCAR Turkey Energy"də rəhbər dəyişikliyi- Yeni baş direktor təyin edilib

"SOCAR Turkey Energy" şirkətinin rəhbərliyində dəyişiklik olub. ANS PRESS-in məlumatına görə, SOCAR Sərmayələr İdarəsinin rəis müavini Zaur Qəhrəmanov "SOCAR Turkey Energy" şirkətinin İdarə Heyətinin baş direktoru təyin edilib. Zaur Qəhrəmanov "SOCAR Turkey Energy"nin sabiq baş icraçı direktoru Kənan Yavuzu əvəzləyəcək.

SOCAR-ın İdarə Heyətinin sədri Vaqif Əliyev deyib ki,  Kənan Yavuzun rəhbərliyində "SOCAR Turkey Energy" şirkəti böyük uğurlara imza atıb.

“Mən bu nailiyyətlərə görə, ona təşəkkür edirəm. O, öz fəaliyyəti dövründə həm şirkətimizin investisiyalarının Türkiyədə daha geniş miqyasda yayılmasına, həm də Türkiyənin enerji sektorunda rəqabətə davamlı bir şirkət vəziyyətinə gəlməsi üçün böyük dəstək verib. Zaur Qəhrəmanova isə yeni vəzifəsində uğurlar arzu edirəm. O, "SOCAR Turkey Energy" şirkətinin uğur qazanmasına köməklik edəcək", - Vaqif Əliyev deyib.

 Kənan Yavuz  - "SOCAR Turkey Energy"nin sabiq baş icraçı direktoru

Kənan Yavuz - "SOCAR Turkey Energy"nin sabiq baş icraçı direktoru

"SOCAR Turkey Energy"nin sabiq baş icraçı direktoru Kənan Yavuz tutduğu postdan istefa verib. O, bu vəzifəyə 2008-ci ildə təyin edilib.

Yavuz 2015-ci ildə prezident İlham Əliyev tərəfindən “Tərəqi medalı” ilə mükafatlandırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol