Menu

Çempionlar Liqasının püşkü atılıb

21.03.2014, 17:50
Çempionlar Liqasının püşkü atılıb

Bu gün Çempionlar Liqasının 1/4 final mərhələlərinin püşkü atılıb. Qol.Az-ın xəbərinə görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında keçirilən püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayıb. Püşkatmada komandaların adlarını səbətdən Portuqaliya futbolunun önəmli simalarından olan Luiş Fiqu çıxarıb.

Qeyd edək ki, “kor püşk” adlanan bu mərasimdə Çempionlar Liqasında 1/4 finala vəsiqə qazanan aşağıda adları qeyd olunan komandalar qatılıb:

"Mançester Yunayted" (İngiltərə), "Borussiya" (Dortmund, Almaniya), "Bavariya" (Almaniya), "Atletiko" (Madrid, İspaniya), PSJ (Fransa), "Barselona" (İspaniya), "Çelsi" (İngiltərə) və "Real" (İspaniya).

Püşkün nəticəsinə əsasən, 1/4 finalda aşağıdakı cütlüklər qarşışacaq.

"Barselona" - "Atletiko"

"Real" - "Borussiya"

PSJ - "Çelsi"

"Mançester Yunayted" - "Bavariya"

İlk oyunlar aprelin 1-2-də, cavab görüşləri aprelin 8-9-da keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol