Menu

​ABŞ Türkiyə Suriya sərhədində mobil raket sistemi yerləşdirir

26.04.2016, 12:55
​ABŞ Türkiyə Suriya sərhədində mobil raket sistemi yerləşdirir

Cair ilin mayında ABŞ Türkiyə-Suriya sərhədində odsaçan mobil raket sistemi ("HİMARS"- "High Mobility Artillery Rocket System") yerləşdirəcək.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliyində səfərdə jurnalistlərə müsahibısində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

"Əsas hədəfimiz Suriyanın şimalında, Menbiç bölgəsində 98 km-lik ərazini terrorçu İŞİD qruplaşmasaından təmizləməkdir. Bizim artilleriya 40 km, "HİMARS" isə 90 kilometr uzaqlıqdakı hədəfi vura bilir. ABŞ-la cari ilin mayında həmin qurğunun Türkiyə-Suriya sərhədində yerləşdirmək haqda razılıq əldə etmişik", - M.Çavuşoğlu deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol