Menu

İŞİD-in Avropada yeni terror hücumunun qarşısı alındı

26.04.2016, 13:46
İŞİD-in Avropada yeni terror hücumunun qarşısı alındı

İsveçin SAPO adlı təhlükəsizlik polisi Stokholmda qanlı hücumlar törətməyi planlaşdıran 8 İŞİD üzvünü həbs edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, isveçlilər terrorçular barədə həmin məlumatı İraq xüsusi xidmət orqanlarından alıblar.

Həbs olunan İŞİD-çilər paytaxt Stokholmdakı mülki obyektlərə və dövlət müəssisələrinə hücumlar planlayıb.

Sonuncu dəfə martın 22-də Belçikanın Brüsselin şəhərində 32 nəfərin ölümü ilə nəticələnən terror aktları baş vermişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol